image-5af697f6-df94-31cd-a2fa-dcad4dcd027e_850backend

Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb

image-reklam_sirab_01

Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb.

Axşam saatlarında Kütahya bölgəsinin Emet rayonu Küreci kəndi yaxınlığındakı meşədə yanğın baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb. Bölgəyə yanğınsöndürmə helikopteri və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Digər yanğın Manisa əyalətinin Hasköy səmtində baş verib. Qısa müddətdə alov küləyin təsiri ilə əkinçilik sahəsinə və meşəyə yayılıb. Yanğını görənlərin xəbərdarlığı ilə rayona 7 yanğınsöndürmə helikopteri, 4 təyyarə və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Hər iki meşə yanğınının səbəbi məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki