image-img-20221105-wa0001backend

Üçtərəfli bəyanatın imzalanmasından 2 il keçir

image-reklam_sirab_01

Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından artıq 2 il ötür. Ermənistanın Dağlıq Qarabağ regionunda təxminən 30 il davam etmiş işğalına məhz bu bəyanatla son qoyulub.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından bu yana müharibə nəticəsində üzləşdiyi dağıntıları aradan qaldırmaqla məşğuldur: azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı planlar, son 30 ildə məcburi köçkün həyatı yaşayan azərbaycanlıların doğma evlərinə qaytarılmasına yardım və s. Azərbaycan üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə ciddi nəticələr əldə edib.
Azərbaycan hökuməti ilkin mərhələdə azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırıb və onun xərclənməsinə başlanılıb. İşğaldan azad olunmuş böyük şəhərlərdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi abidələr, muzeylər, məscidlər və s. bərpa olunur. Azad edilmiş rayonlarda böyük ərazilərdə minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir.
Ərazilərin bərpası istiqamətində görülən iri miqyaslı işlər çərçivəsində çərçivəsində Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi böyük şirkətlər arasında aparılmış ciddi danışıqlardan sonra yaşıl enerjiyə əsaslanan işlərə də start verilib. Beləliklə, azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə çalışacaq, günəş erejisinin istehsalı ilə məşğul olacaq elektrik stansiyaları qurulur. Artıq bir sıra strateji yolların tikintisi başa çatmaq üzrədir. Füzuli və Zəngilan aeroportlarıunun açılışı keçirilib, daha 1 aeroportun tikintisi həyata keçirilir. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Məcburi köçkünlərin regiona qayıtmasını asanlaşdırmaq məqsədilə infrastrukturun bərpası aparılır. Azad edilən şəhərlərimizin bərpası ilə bağlı Baş planların hazırlığı gedir, artıq bir neçə Baş planın təqdimatı keçirilib.
Azad olunmuş ərazilərdə bərpa prosesi fonunda 169 yaşayış məntəqəsində 13 mindən çox tikili və 1500 kilometrdən çox avtomobil yolu ilə bağlı inventarizasiya işləri aparılıb. Burada 406 yaşayış məntəqəsi Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib.
Ötən il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təxminən 30 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirilib.
Bir sözlə, dağıdılmış ərazilərdə işlərin miqyasını nəzərə alsaq, Azərbaycan dövlətinin möhtəşəm silsilə işlər apardığını söyləyə bilərik.

Tufan Məmmədov – iqtisadçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki