image-7988a19a-af5d-32f1-b06d-b899bf592a22_850backend

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

image-reklam_sirab_01

UEFA prezidenti Aleksander Çeferin Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

sloveniyalı funksioner Avropa futbol qurumunun rəsmi saytına açıqlamasında kraliçanın ölümündən kədərləndiyini söyləyib.

O bildirib ki, bütün fikri II Elizabetin ailəsi və İngiltərə Futbol Assosiasiyasının prezidenti şahzadə Uilyam, həmçinin Böyük Britaniya vətəndaşları ilədir.

Xatırladaq ki, II Elizabet ötən gün 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki