image-a5796297-53cf-3f89-b416-e09930f79ba0_850backend

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Macarıstan irəliləyib

image-reklam_sirab_01

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Macaırstan isə “Ferentsvaroş”un Bakıdakı heç-heçəsinin hesabına 16,375 xalla 1 pillə irəliləyərək, 25-ci sıraya yüksəlib. Əvəzində isə Slovakiya (16,250) 26-cı pilləyə geriləyib. Hələlik reytinq cədvəlindəki yeganə dəyişiklik bu ölkələrin yerdəyişməsi ilə bağlıdır.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” III təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın “Rapid” (Vyana) klubu olacaq.

Qeyd edək ki, “Ferentsvaroş” və “Qarabağ” arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki