image-1618223994_1618222923605040037_1000x669backend

Uğurlu inkişafın əsaslı rolu

image-reklam_sirab_01

Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz – İlham ƏLİYEV

Ulu öndərin siyasi kursuna əməli fəaliyyəti ilə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev Azərbaycanı sabitlik adasına çevirib. Məhz bunun nəticəsidir dövlət başçımızın ölkəyə rəhbərliyi dövründə respublikamız öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır.

Möhtərəm Prezidentin siyasətinin ən mühüm istiqamətlərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan tarazlı inkişafına nail olunmasından ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Hələ 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionları sosial-iqtisadi baxımdan yüksəltmək idi.

Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir.

Müharibə meydanında qələbə asanlıqla qazanılmır. O inam, güc, birlik gərəkdirir. Bunların hər biri həm orduda,  həm də xalq arasında olmalıdır. Biz oxuduğumuz kitablarda, izlədiyimiz filmlərdə görmüşük ki, müharibə şəraitində olan hər hansı bir dövlətin vətəndaşları arasında  birlik əvəzinə qorxu, inamsızlıq höküm sürürsə o dövlət sonda məğlubiyyətə düçar olmuşdur.  Əgər bir dövlətdə xalq, ordu və iqtidar arasında inam və bağlılıq varsa o dövlət artıq qalib sayılır. Çünki, inamsızlıq özü ilə bərabər ölüm qorxusu gətirirsə, inam da özü ilə bərabər qalibiyyət sevinci gətirir. Biz bu inamın, gücün və birliyin İkinci Qarabağ müharibəsində şahidi olduq.  27 sentyabr 2020-ci ildə Ermənistan dövlətinin təxribatına cavab olaraq keçirilən əks hücüm əməliyyatı ilə Azərbaycan xalqının İkinci Vətən müharibəsi başlamış oldu. Hərbi əməliyyatlar başladığı gündən etibarən Azərbaycan xalqı  30 illik həsrətin bitəcəyinə, torpaqlarımızın işğaldan azad olunacağına əmin idi.  Xalq hər gün ölkə başçımız Prezident İlham Əliyevdən gələcək zəfər xəbərlərini səbirsizliklə gözləyirdi. Azərbaycan xalqı arasında hökm sürən ruh yüksəkliyi düşməni qorxuya salaraq onları xalqımıza qarşı çirkin əməllərə əl atmağa sövq edirdi. Düşmən xainliyini bütün dünyaya sübut edərək gecə yarısı dinc əhalini ağır artilleriya və raket atəşinə tuturdu.  Təbii ki, onların bu alçaq əməlləri nəticə vermirdi, çünki xalqımız bir şeydən əmin idi ki, düşmən döyüşü mərdcəsinə döyüş meydanında aparmağa qadir deyil, onlar Azərbaycan ordusunun gücünə tab gətirə bilmirdilər. Gün keçmirdi ki,  döyüş bölgəsindən hər gün yeni-yeni zəfər xəbərləri eşitməyək. Dövlətimizin igid oğulları yalnız torpaqlarımızı azad etmir, düşmənin bir çox hərbi texnikasında ələ keçirirdilər.  Biz düşmənin öz tankları  ilə düşməni əzib keçir, qələbəyə bir addım daha yaxınlaşırdıq. 44 gün davam edən mübarizəmizin sonunda qələbə haqqı olanın , yəni – Azərbaycan dövlətinin oldu. Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə bərabər düşmənin 100-dən çox ağır texnikasına da əl qoymuşdur.

Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və miskin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Amma Azərbaycan Prezidenti də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir.

 Məmmədova Simranə

Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki