image-fb8f26b5-81e3-33a6-9ad6-e52c5bb87b8a_850backend

Ukrayna ABŞ-dan 4,5 milyard dollar dəyərində növbəti qrantın cəlb edilməsini təsdiqləyib

image-reklam_sirab_01

Ukrayna Nazirlər Kabineti Amerika Birləşmiş Ştatlarından 4,5 milyard dollar həcmində daha bir qrantın cəlb edilməsini təsdiqləyib.

“Report” “Ekonomiçeskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsait Dünya Bankının yaratdığı trast fondu vasitəsilə büdcəyə daxil olacaq.

“Bu, müttəfiqlərimizin Ukraynanın yanında möhkəm dayanmağa davam etdiyini və qələbəmizi yaxınlaşdırmağa kömək etdiyini açıq şəkildə nümayiş etdirir. Biz ABŞ-a və bütün tərəfdaşlarımıza davamlı maliyyə dəstəyinə görə minnətdarıq”, – D.Şmıqal deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki