image-3e53cede-2f8e-3498-a400-f7e005135729_850backend

Ukrayna Baş Qərargahı: “Rusiya Donbasda 3 istiqamətdə hava hücumuna başlayıb”

image-reklam_sirab_01

“Siversk istiqamətində Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətini raket artilleriyasından və minaatanlardan atəşə tutub. Onlar Xarkov istiqamətində isə müdafiə əməliyyatlarını davam etdirirlər”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Düşmən bir çox əraziləri artilleriyadan atəşə tutub. Petrivka yaxınlığında hava hücumu olub. Ukrayna hərbçiləri qarşı tərəfin Dementivka istiqamətində hücum cəhdini qətiyyətlə dəf ediblər. Boqorodiçne rayonunda düşmən növbəti hücum cəhdi zamanı itki verərək geri çəkilib. Baxmut istiqmətində düşmən bəzi ərazilərdə yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutub”, – məlumatda bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Veselaya Dolina istiqamətində və Spirne qəsəbəsi ərazisində irəliləyir: “Qarşı tərəf Vasilivka, Avdiivka, Novoselivka yaxınlığında hava hücumlarına başlayıb”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki