image-a057875a-0897-308c-8987-91baf44e8a1f_850-1backend

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

image-reklam_sirab_01

“Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 400 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 919 tank, 4 230 zirehli döyüş maşını, 1032 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 145 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 194 qanadlı raket, 15 gəmi, 3 149 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki