image-a84f87d5-98f5-3ab2-9dd4-dbba73d64b98_850backend

Ukrayna müdafiə və təhlükəsizlik üçün 27 milyard dollardan çox vəsait ayıracaq

image-reklam_sirab_01

Ukrayna rəhbərliyi 2023-cü ildə dövləti qorumaq üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox – Red) çox pul xərcləməyi planlaşdırır.

bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik Kiyev üçün bir nömrəli prioritetdir.

“Gələn il bir trilyon qrivnadan çox vəsait təhlükəsizlik və müdafiə sektoruna yönəldiləcək. Bu, bir nömrəli prioritet olacaq”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin qeyd etdiyi kimi, o, müvafiq qərarı hökumətlə ölkənin 2023-cü il dövlət büdcəsi layihəsinə dair iclasda müzakirə edib.

Eyni zamanda, avqustun sonunda Ali Rada Ukrayna büdcəsinin təhlükəsizlik və müdafiəyə ümumi xərclərinin 1,2 trilyon qrivenə (32,55 milyard ABŞ dollar – Red) çatdığını açıqlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki