image-1d09251b-537d-3ec0-a26d-fdaf215f1db9_850backend

Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib

image-reklam_sirab_01

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini geri alıb. Lakin Rusiya həbrçilərinin kütləvi zərbələrinə məruz qalmamaq üçün azad edilmiş ərazilər barədə sonra məlumat veriləcək.

bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.

Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır.

“Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və onların artıq tamamilə Ukraynanın yurisdiksiyasındakı torpaqlar kimi elan olunması üçün təxmini vaxt var. Buna görə də bir az da gözləyək, rəsmi hesabat hazırlayırıq”, – Qumenyuk bildirib.

O vurğulayıb ki, hərbçilər azad edilmiş yaşayış məntəqələrinin düşmənin kütləvi artilleriya və hava zərbələrinə məruz qalmamasını çox ciddi şəkildə izləyirlər.

Qumenyukun sözlərinə görə, Rusiya hərbçiləri arxada minalanmış ərazilər və obyektlər qoyurlar.

“Bu, həmin ərazilərə qayıtmağa tələsən sakinlər üçün əsas təhlükələrdən biridir. Ona görə də biz həm təxribatçı qruplardan, həm də bu kimi “sürprizlərdən” hərtərəfli təmizləmə aparmaq üçün müəyyən yaşayış məntəqələrinin azad ediləcəyini elan etməyə tələsmirik”, – o fikirlərini yekunlaşdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki