image-3fdfb7c3-61f8-30a4-93d3-a0ea2ffb2241_850-jfifbackend

Ukrayna ordusu cəbhə xəttini yarıb və hücum əməliyyatlarını genişləndirir

image-reklam_sirab_01

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri avqustun 29-da cəmi bir neçə saat ərzində bir sıra istiqamətlərdə cəbhəni yarmağa müvəffəq olub.

bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksiy Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna hərbçiləri hücumu fəal şəkildə genişləndirir.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə cəbhə xəttini yarıb və hücumu dərindən inkişaf etdirirlər”, – o bildirib.

Eyni zamanda, Arestoviç qeyd edib ki, Ukrayna hərbçiləri körpülər vasitəsilə tədarükləri kəsib və bərə keçidlərini dağıdıblar.

Xatırladaq ki, avqustun 29-da Ukrayna hərbçiləri Xerson uğrunda döyüşlərə başlayıb. Məlumata görə, Rusiya hərbçiləri müdafiənin birinci xəttindəki mövqelərini tərk etdilər.

Dünən həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri cənubda 4 kəndi geri alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki