image-a054eebb-a56c-3c8e-a639-95fd3dfd85e0_850backend

Ukrayna ordusu Vısokopolye qəsəbəsini azad edib

image-reklam_sirab_01

Ukrayna ordusu Xerson vilayətinin Vısokopolye qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Qeyd edək ki, bugünlərdə Ukrayna hərbçiləri qəsəbənin azad edildiyini bildiriblər, lakin xəbər rəsmən təsdiqlənməyib. Nəşr qəsəbədə Ukrayna bayrağının dalğalandırılmasını, hərbçilərin olduğunu əks etdirən foto və digər şəkilləri dərc edib.

Vısokopolyenin azad edilməsindən sonra küçələrdə insanların daha çox olduğu qeyd edilir. Hərbçilər qəsəbəni minalardan təmizləyir və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq Rusiya hərbçilərinin törətdikləri əməlləri sənədləşdirməyə başlayıblar.

Qeyd edilir ki, işğal səbəbindən bir çox sakin Vısokopolyeni tərk edib, lakin qalanlar da var.

Qəsəbədə çoxlu sayda bina dağılıb və ya zərər çəkib, qəzalı maşınlar və kiçik kənd təsərrüfatı texnikaları yol kənarlarında və yollarda qalıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki