image-7c34f1b3-9108-32da-af25-e0854ea4286f_850backend

Ukrayna ordusu Xarkov vilayətinin daha iki yaşayış məntəqəsinə daxil olub

image-reklam_sirab_01

Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.

Bu barədə “Veteninfo” Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamaya istinadən xəbər verir.

“Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir”, – hərbçilər yaydığı videoda deyirlər.

Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki