image-7b442810-f953-39d1-ba39-6522134d9b20_850backend

Ukrayna Qara dəniz limanları vasitəsilə taxıl ixracına başlayacaq

image-reklam_sirab_01

Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq.

Bunu Ukrayna Prezident Volodimir Zelenski bildirib.

“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, – o deyib.

Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb: “Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki