image-5b927ee1-a9dc-3aff-a2b0-31646032efc8_850backend

Ukrayna Rusiya ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib

image-reklam_sirab_01

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və Rusiyadan dəymiş zərərin tam ödənilməsini tələb edib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukraynanın öz vətəndaşlarına qarşı soyqırım törətməsi ilə bağlı saxta ittihamlara əsaslanaraq, Rusiya ölkənin suverenliyini kobud şəkildə pozdu, qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıdı və fevralın 24-də bütün Ukraynaya müharibəyə işğala başladı. Bu gün təqdim olunan Memorandumda Ukrayna rəsmi olaraq Rusiya tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə məsuliyyət və tam kompensasiya tələb edir”, – bəyanatda deyilir.

Nazirlikdən bildirilib ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya İkinci Dünya müharibəsində Holokost dəhşətlərinə cavab olaraq yaradılmış ən mühüm beynəlxalq müqavilələrdən biridir. Lakin Rusiya Ukraynaya qarşı vəhşiliklərə haqq qazandırmaq üçün bu müqaviləni eybəcərləşdirib.

“BMT-nin ali məhkəmə orqanına bugünkü təqdimat Rusiyanın məsuliyyətə cəlb edilməsi və ondan müvafiq təzminat alınması prosesində mühüm addımdır”, – məlumatda vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki