image-5d5f8a4b-6a51-30a5-bc3a-d3a01bbf5a48_850backend

Ukrayna səfiri Britaniya Baş nazirinin Kiyevə səfər edəcəyini bildirib

image-reklam_sirab_01

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass yaxın vaxtlarda Ukraynaya gələ bilər. Ukraynanın Xarici İşlər Nazirliyi artıq siyasətçinin səfərinə hazırlıq görməyə başlayıb.

Bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykonun telemarafonun efirindəki açıqlamasına istinadən xəbər verilir.

Diplomat xatırladıb ki, Trass sonuncu dəfə Kiyevdə fevralın 17-də, Rusiyanın tammiqyaslı hücumunun başlamasına 7 gün qalmış olub.

Bundan sonra o, dəfələrlə Ukraynaya gəlmək arzusunu bildirib.

“(Trass-red) Formal olaraq baş nazir olanda (6 sentyabr – red.) düşünürəm ki, dərhal çağırış olacaq və Liz Trassın səfəri ilə bağlı razılaşmalar səngiməyəcək. Biz diplomatik sistem olaraq artıq bu danışıqları və Liz Trassın Kiyevə səfərinə hazırlığa başlamışıq”, – Pristayko deyib.

Xatırladaq ki, Liz Trass bir neçə gün əvvəl Baş nazir seçiləcəyi təqdirdə xarici ölkə başçılarından ilk olaraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini açıqlayıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki