“Böyük Britaniya və Polşa baş nazirlərinin səfəri və Ukraynanın təşəbbüsü ilə yeni tərəfdaşlığın yaradılması bütün region üçün tarixi sıçrayışdır”.
Vetəninfo.az xəbər verir ki,bu açıqlama ilə hazırda həbsdə olan Gürcüstanın sabiq prezidneti Mixeil Saakaşvili çıxış edib.
Sabiq prezidnet qeyd edib ki, Ukrayna nəhayət ki, böyüklüyünə, potensialına və geosiyasi əhəmiyyətinə görə Avropanın super dövləti kimi olması lazım olan rolu öz üzərinə götürdü: “Ukrayna onilliklər ərzində beynəlxalq münasibətlərin obyekti olub, lakin Zelenskinin fəal diplomatiyası sayəsində ilk dəfə olaraq tam hüquqlu subyektə çevrilib. Bu, əsl geosiyasi inqilabın başlanğıcıdır, bu münasibətlə hər kəsi təbrik edirəm!”.
Vətəninfo.az


























