image-8f3f1dec-9682-3e96-9a30-17bfd1a8d4b6_850backend

Ukrayna və Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqelərini razılaşdırıblar

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeləri razılaşdırıblar.

Bu barədə Ukraynanın xarici işlər nazirinin tviter hesabına istinadən xəbər verilir.

“Josep Borellə telefon əlaqəsi saxladıq. Ukrayna və Aİ Yaxın Şərq, Afrika və Asiyaya kömək məqsədilə taxıl dəhlizinin gələcək fəaliyyətini təmin etməkdə qərarlıdır. Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynaya silah tədarükü ilə bağlı mövqeləri razılaşdırdıq. Balkan yarımdadasındakı təhlükəsizlik vəziyyətini müzakirə etdik”, – Ukraynanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki