image-0eb78567-6471-33dd-9e73-ca1ffff7dc9c_850backend

Ukrayna XİN Rusiya gəmisinin Bosfordan keçməsi ilə bağlı Türkiyəyə müraciət edib

image-reklam_sirab_01

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) “Sparta II” gəmisinin Bosfor boğazı vasitəsilə Suriyadan Rusiyaya keçməsi ilə bağlı Türkiyə tərəfinə sorğu ünvanlayıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Qeyd olunur ki, Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere Ukraynanın Xarici İşlər Nazirliyinə dəvət olunub.

“Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə S-300PMU-2 raket komplekslərinin Rusiya Müdafiə Nazirliyinin kirayə verdiyi gəmi ilə Suriyadan Bosfor boğazı ilə Rusiyaya daşınması ilə bağlı mövcud məlumatla bağlı Ukrayna tərəfinin narahatlığını ifadə edib”, – məlumatda deyilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki