Ukraynada meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verilir.
Qeyd olunub ki, hazırda xəstə stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirilib, vəziyyəti ağır deyil.
Vurğulanıb ki, pasiyentin meymunçiçəyi xəstələri ilə əlaqəsi olmayıb və xaricə səfər etməyib.