image-787e77d8-5a76-32b8-8054-4331c8753d20_850backend

Ukraynada rəqibini öldürən keçmiş deputat 15 il müddətinə həbs edilib

image-reklam_sirab_01

Ukraynanın 5-ci və 6-cı çağırış xalq deputatı seçilən Aleksandr Şepelev rəqibinin qətlini təşkil etməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

“Veteninfo” “UNIAN”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Keçmiş deputatın bütün əmlakı da müsadirə olunub. Qeyd olunur ki, prokurorlar məhkəmədə sübut ediblər ki, Aleksandr Şepelev “AvtoKrazBank”ın Müşahidə Şurasının sədrinin bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq, tamah niyyəti ilə qəsdən öldürülməsini təşkil edib.

Qeyd edək ki, Şepelev 27 dekabr 2012-ci ildə beynəlxalq axtarışa verilib. 2013-cü il iyulun 5-də Macarıstanda saxlanılıb və ekstradisiya proseduru nəticəsində 2014-cü il martın 26-da Ukraynaya gətirilib.

Lakin o, 6 iyul 2014-cü ildə həbsdən qaçıb. Rusiyanın hüquq-mühafizə orqanları 2015-ci il martın 19-da Moskva vilayətində Şepelevi saxlayıblar. Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Rusiyanın səlahiyyətli orqanları Şepelevin Ukrayna tərəfinə ekstradisiyası ilə bağlı işlərə başlayıb. Ancaq keçmiş deputat Kiyev tərəfinə verilməyib.

2018-ci il fevralın 8-də Şepelev Kiyev vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun üzərində qondarma Donetsk (DXR) respublikasını “Dövlət Təhlükəsizliyi Nazirliyi” adlanan qurumunun əməkdaşının olması barədə sənəd aşkarlanıb. Fevralın 10-da məhkəmə Şepelevi həbs edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki