image-reklam-veteninfo
image-621f5390c513a621f5390c514e1646220176ca6ce2dfb60db2e1aa4c13d2996d6197-1backend

Ukraynadan Polşaya təxliyə edilən Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq

image-reklam-veteninfo

“Ən çox sıxlıq Moldova sərhədindədir”.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva bildirib ki, ilk iki çarter reysi ilə 168 Azərbaycan vətəndaşı Rumıniyadan gətirilib: “Xüsusilə bu gün həyata keçirilmiş çarter reysində böyük üstünlük qadınlara və uşaqlara verilib. Bu çarter reysləri davam etdiriləcək. Bu gün 4-cü çarter reysi həyata keçiriləcək və 170-dən çox Azərbaycan vətəndaşı Azərbaycana gətiriləcək. Dünən Xarkovdan gələn qatarda isə 185 Türkiyə vətəndaşı olub”.

O qeyd edib ki, proses birbaşa Azərbaycan dövlət başçısının nəzarətindədir.

Leyla Abdullayeva vurğulayıb ki, ikinci sıxlıq Polşa istiqamətindədir: “Vətəndaşlarımız toplaşdıqca ölkəmizə Polşadan da çarter reysləri həyata keçiriləcək”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki