image-5b8c1998-8cd0-33c1-a7fb-dd6cf7905c44_850backend

Ukraynanın bərpası üçün Berlində konfrans keçiriləcək

image-reklam_sirab_01

Ukraynada hərbi əməliyyatlara baxmayaraq, ölkənin yenidən qurulması üçün tədbirlər planlaşdırmaq və bu işə hazırlaşmaq vacibdir.

bunu Almaniya kansleri Olaf Şolts Berlində Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşü zamanı deyib.

Kansler baş nazirə bildirib ki, Almaniya G7-yə sədrlik edən ölkə kimi Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə birlikdə oktyabrın 25-də Berlində Ukraynanın bərpası üçün təşkilat və arxitektura məsələlərini müzakirə etmək üçün ekspert konfransı keçirəcək.

Kansler Ukraynanın yenidən qurulması üçün sərmayələrin cəlb edilməsi üçün qanunun aliliyi və ədalətin islahatının vacibliyini də Şmıqalın diqqətinə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki