image-93ff525b-8f04-3ef1-9c3d-fcd0e9156c53_850backend

Ukraynanın İzyum şəhərində 500 nəfər həlak olub

image-reklam_sirab_01

Rusiyanın Xarkov vilayətinin İzyum şəhərində Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində 500-ə yaxın insan həlak olub.

Bu barədə “Suspilne” məlumat yayıb.

İzyum şəhərinin meri Valeri Marçenkonun sözlərinə görə, şəhərdə 500-ə yaxın insan Rusiya hərbçilərinin atəşi nəticəsində və onlara vaxtında tibbi yardım göstərilməməsi səbəbindən ölüb. Ətrafdakı yaşayış məntəqələrində ölənlərin sayını müəyyən etmək mümkün deyil.

“Starostinsk dairəmiz haqqında məlumatımız yoxdur. Bu, xüsusilə çox güclü döyüşlərin getdiyi Kamenski Starostinski dairəsinə aiddir. Kamenka kəndi İzyum şəhərindən kənarda, Slavyansk istiqamətində yerləşir”, – Marçenko bildirib.

Qeyd edək ki, bir gün əvvəl internetdə İzyumda öldürülənlərin Rusiya hərbçiləri tərəfindən tərtib edilmiş siyahısı yayılıb. Marçenkonun sözlərinə görə, siyahıdakı adların 80 %-i doğrudur. Ən çox ölüm halı genişmiqyaslı müharibənin başlanğıcında olub.

“Mən bu siyahını gördüm, məlumat 80 % etibarlıdır. Bu, hava hücumları, şəhərə zərbələr olan vaxt baş verib. İnsanlar ölürdü, onları basdırmaq mümkün deyildi, parklarda, bağlarda basdırılırdı”, – Marçenko bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki