image-96977091-432a-3d38-9d3a-1ac5f04f583b_850backend

Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdır

image-reklam_sirab_01

Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək.

Bunu Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə Prezident Ofisi rəhbərinin müşaviri Timofiy Milovanov deyib.

Onun sözlərinə görə, makro iqtisadiyyatı dəstəkləmək üçün ildə 20-30 milyard dollar, ordunu dəstəkləmək üçün bir o qədər vəsait lazımdır.

“Luqanoda keçirilən konfransda Ukrayna bəyan etdi ki, ölkənin bərpası üçün 750 milyard dollar lazımdır. Əgər biz belə sərmayələr alsaydıq, o zaman Ukrayna həqiqətən də iqtisadi cəhətdən inkişaf etmiş ölkə olardı”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilib. Tədbirin yekunu olaraq müvafiq plan təsdiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki