image-photo-2022-06-12-15-15-02backend

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

image-reklam_sirab_01

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən əsası tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
Bu il Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı.
Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi qızıl hərflərlə yazılıb. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi də yazılıb.
Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Öz xalqının həqiqi lideri olan Heydər Əliyev dünyanın müxtəlif dairələrinin himayə etdiyi quruma “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə kəsmişdi. Dərin zəkası, müstəsna liderlik bacarığı ilə respublikanı yumruq kimi birləşdirən ulu öndər daim məqam gözləyən erməni separatizminin baş qaldırmasına imkan verməmək üçün bütün zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi.
Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.
Bu gün ulu öndərimizin müdrik siyasəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və inamla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider ölkəyə çevrilməsi faktıdır.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Nəsimi rayon sakini Özləm Əliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki