image-photo-2022-06-12-15-16-42backend

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr sabitlik illəri kimi yadda qalıb.

image-reklam_sirab_01

Ölkəmiz illərcə düşmən işğalına məruz qalmış maddi-mənəvi ziyana uğramışdır.Ermənistan ordusunun qandonduran işğalı müddətində 20% torpaqlarımız düşmən tapdağı altına keçmiş,minlərlə insan (qadın,qoca, uşaq) həlak olmus və itkin düşmüşdür.Azərbaycan dövlətin Ermənistan tərəfi ilə atəşkəs elan ədiləmsi və ölkənin çiçəklənməsi Ümümi Lider Heydər Əliyevin səyləri nəticəsində baş vermişdir.Ölkə ister iqtisadi-siyasi, istərsə də sosial cəhətdən demek olarki böhran vəziyyətində idi.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi olaraq söyləkəmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ümummilli Lider xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu.
Beləliklə, Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Nəticədə ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.
Ulu öndər bir çox sahələrdə (təhsil, hərbi, iqtisadiyyat və.s ) islahatlar keçirməyə başladı və bu islahatlar qısa müddətdə ərzində öz nəticəsini verdi.ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq- Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.Heydər Əliyev xarici ölkələrlə əməkdaşlıq etməyin önəmi bilirdi və bu sahələrdə də geniş imkanlar əldə edilmiş artıq.Cox qısa müddətdə ərzində dahi Liderin uzaqgörən siyasəti nəticəsində böhran yaşayan bir dövlətdən, çiçəklənən dövlətə çevrildik.Ulu öndərin hakimiyyətdə olduğu illər boyunca ölkədə sabitliyi bərpa etdi.

Nəsimi rayon təhsil işçisi
Xəlilova Sərvinaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki