image-photo-2022-06-12-15-00-53backend

Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı.

image-reklam_sirab_01

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasında narahat olan həm daxili, həm də xarici qüvvələr mövcuddur. Azərbaycan kimi zəngin təbii sərvətlərə malik olan bir ölkənin tam müstəqil olması bəzi ölkələri qane etmirdi. Daxili qüvvələr də müstəqilliyimizə mane olurdu. Çünki 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr öz səriştəsizliyni göstərdi. Həmin qüvvələri xalq özü də hakimiyyətdən saldı. Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə idi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı gərgin siyasi vəziyyət, əhalinin narazılığı günü-gündən artmaqda idi. Belə bir vəziyyətdə ölkəni xilas edə biləcək,xalqı öz arxasınca aparmağa qadir bir lider lazım idi. Belə bir şəxsiyyət isə məhz Ulu Öndər Heydər Əliyev idi. Xalqımız H. Əliyevin ətrafında sıx birləşməklə öz taleyini həll etməli idi. Beləliklə 1993-cü ilin iyunun 9-da Ulu Öndər H.Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bir sıra bəlalardan xilas etdi. Həmin gün sözün həqiqi mənasında xalqımızın qurtuluşu oldu. Azərbaycan xalqını uğurlara aparan yol həmin gündən başladı. 1993-cü ilin iyunun 15-də Ulu Öndər H. Əliyev hakimiyyətə qayıtdı. O, 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetin sədri seçilmişdir. 1997-ci ildən Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. Bu Azərbaycan dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. 15iyun dövlətimizin qorunub saxlanması, azadlığmızın, müstəqilliyimizin qurtuluşu deməkdir. O böyük insanın adı tariximizə vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ökəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Ümumilli lider bu problemləri həll etmək üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyini son dərəcə vacib sayırdı.
Ulu Öndərin ən böyük arzusu Azərbaycan torpaqlarını bütöv görmək idi. O, məcburi köçkünlərin qarşısında inamla belə söyləmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik,inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Amma təkcə Şuşaya yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər,Fizul,Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu – biz onlarsız yaşaya bilmərik.”
Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. O demişdir: “ Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.” Ulu Öndərin tarixi missiyası 3 mühüm amilə söykənirdi: möhkəm sarsılmaz inam, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü,qüdrəti və xalqın ona, onun da xalqına sonsuz və təmənnasız sevgisi.
O böyük insan Azərbaycan xalqını parçalanmaqdan xilas etdi. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. İdarə etmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı. Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi. Konstitusiya qəbul edildi. Azərbaycanın Beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çox partiyalı sistem yaradıldı.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndərimiz zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı işlər sahəsində bu gün Azərbaycan Silahlı qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Heydər Əliyevin siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır. Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti xalqımızın xilasına çevrildi. Onun həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, öz siyasi iradəsini nümayiş etdirən bir ölkə kimi tanındı. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən İlham Əliyev bu gün dünyada günü-gündən nüfuzu artan bir dövlətə çevrilib.Vətən müharibəsində qazanılan möhtəşəm zəfər də bu uğurların məntiqi nəticəsidir. Ali baş komandanın rəhbərliyi ilə bu gün işğaldan azad olunmuş rayonlarımızda böyük abadlıq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək və gözəl Qarabağımız dünyanın ən füsunkar guşələrindən birinə çevriləcək.

 

266 saylı orta məktəbin tarix müəllimi
Fərzəliyeva Rəsmiyyə.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki