image-heyderbackend

Ulu Öndərin xilaskar missiyası      

image-reklam_sirab_01

 

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdı, respublika xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Belə bir təhlükəli vəziyyətdə ulu öndər nəinki özünün, hətta ailəsinin həyatını təhlükədə qoyaraq xalqın səsinə səs verdi, Azərbaycanı xilas etmək kimi çox məsuliyyətli missiyasını öz üzərinə götürdü.

Ümummilli Lider Heydər Əliyev öz xalqını, millətini və dövlətini çox sevirdi. Ona görə də fəaliyyətində əsas məqsəd xalqının, Azərbaycan dövlətinin maraqları idi.  Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının maraqlanını qorumaq üçün həyatını qurban verməyə hazır olub. Bunun nəticəsi olaraq, bu gün müstəqil Azərbaycan dövləti yaranıb”.

Heydər Əliyevdən əvvəlki dövrdə respublikaya rəhbərlik edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları, mübarizələrini dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi – korporativ maraqları əsasında aparmaları Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qoymuşdu. Belə bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummilli Lider Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət kimi Heydər Əliyev Vətənini fəlakətdən qurtardı, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etdi.

Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var, Ümummilli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir.Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir”.

Bir həqiqətdir ki, məhz onun sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin reallığa çevrilməsi ilk növbədə Heydər Əliyev ideyalarından bəhrələnmişdir.

İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək xüsusilə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.

Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı arzuları  Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf edərək özünün möhtəşəm əsərini müstəqil Azərbaycanı quraraq etibarlı əllərə əmanət etmişdir.

 

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki