image-1674813687_iqbal-yeni-2backend

Ümid edirəm ki, İran hökuməti vəziyyətin ciddiliyini anlayar-İQBAL MƏMMƏDOV

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən deputat İqbal Məmmədov bildirib ki, İrandakı səfirliyimizin edilən silahlı hücumu pisləyir və bu addımı atanların ən ağır şəkildə cəzalandırılmasını tələb edirəm:

“Bu xain hücum səbrimizi daşıyan son damla oldu.Terror aktını törədənlə yanaşı, bu hücumu sifariş edənlər də tapılıb, layiq olduğu şəkildə cəzalandırılmalıdır. Səfirliyimizə edilən hücumla bağlı bütün məsuliyyət İran dövlətinin üzərinə düşür. Çünki diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir və hazırda baş verənlər onu göstərir ki, İran bu məsələdə laqeyd münasibət sərgiləyib. Vyana Konvensiyasına görə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyət birbaşa yerləşdiyi ölkənin üzərinə düşür. Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan silahlı hücumla Vyana Konvensiyasının maddələri kobud şəkildə pozulub və bu qəbuledilməzdir. Bu gün baş verənlər beynəlxalq hüquqa ziddir. Əsas sual budur ki, bu niyə indi baş verib, hadisənin arxasında kimlər dayanır, hansı məqsəd güdülüb?”

Deputat vurğulayıb ki, Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və dostluq əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma İran hər zaman Azərbaycana qarşı xəyanətkar olub. Birinci Qarabağ döyüşçülərində və Vətən müharibəsi zamanı İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. Bu gün səfirliyimizin edilən hücum da bu ikiüzlü siyasətin davamıdır. Bilirsiniz ki, bundan öncə də başqa ölkələrdə də səfirliklərimizdə hücum olmuşdu. Amma heç bir itkimiz yox idi. Amma bu gün İrandakı səfrliyimizə edilən hücum nəticəsində bir nəfər həlak olub , iki nəfər də yaralanıb. Görünür, bu silahlı hücum əvvəlcədən planlaşdırılıb.

Səfirliyimizə qarşı bu gün təşkil olunan xain hücumu planlaşdıranlar mütləq şəkildə cəzalandırılmalıdır. Məhz bundan sonra Azərbaycan-İran münasibətləri yenidən müzakirə edilə bilər. Son dövrdə yaşananlardan sonra bu gün baş verənlər Azərbaycan-İran münasibətlərini yenidən gərginləşməsinə səbəb olacaq. Ümid edirəm ki, İran hökuməti vəziyyətin ciddiliyini anlayar və cinayətkarlara layiqli cəzasını verəcək”.(sonxeber.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki