image-1619329715_6b07c6cb-16c9-49c4-9d34-60cdda79ab9abackend

“Ümumbəşəri dəyərlərə vurulmuş ziyanın miqyasını zaman mütləq göstərəcək”

image-reklam_sirab_01
ABŞ prezidenti cənab Bayden uydurma “erməni soyqırımı” ifadəsini işlətməklə erməni xülyasını gercəkləşdirdi.Niyə məhz indi? Sualın cavabında yer ala biləcək faktlar,əsaslı ehtimal və fərziyyələr yetərincədir. Onların sadalanması artıq heç bir məna  kəsb etmir.Lakin bütün fakt,ehtimal və fərziyyələrin sonda eyni nəticəyə gətirib çıxaracağı şəksizdir: geosiyasi proseslərdə ciddi rol alan və sözün tam mənasında müstəqil siyasət yürüdən  güclü Türkiyənin varlığı birqütblü dünya sahibliyinə iddia edənlərin maraqlarına cavab vermədi.Elə buna görədir ki, qardaş Türkiyə ötən onilliklər ərzində ögey münasibətlə üzləşdi və Avropa Birliyinə müxtəlif bəhanələrlə qəbul olunmadı,Osmanlı xofu buna imkan vermədi.Baxmayaraq ki, Türkiyə Cümhuriyyəti hər zaman niyyətində səmimi oldu,tarixi ədaləti və beynəlxalq hüququ hər şeydən üstün tutdu,seçdiyi yola və bəşəri dəyərlərə sadiq qaldı,amma kimlərsə xofdan və türkofobiyadan xilas ola bilmədilər,yaxud xilas olmaq istəmədilər…
ABŞ əsrlər boyu dünya sivilizasiyası üçün demokratiyanın beşiyi,haqq və ədalət məkanı hesab olunurdu.Ötən il Kapitoliyaya edilən hücum,  ABŞ kimi bir ölkədə prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı keçmiş dövlət başçısının iddiaları və seçkinin faktiki nəticələri göstərdi ki,Amerika öz tarixinin ən ağır dövrlərindən birini yaşayır.Fakt budur ki,Amerika cəmiyyətinin kəskin qütbləşməsi dünyaya, toxunulmaz hesab etdiyimiz demokratik dəyərlərə və ədalətin təntənə cəhdinə təsirsiz ötüşmür.Nəticəsi də budur. Peşəkar tarixçilərin münasibət bildirməli olduğu iddiaya onlar deyil,siyasətçilər qiymət verir.Böyük şairimiz Qabil demişkən:”Gərəksiz oluruq biz,səhv düşəndə yerimiz”.Bəlkə elə buna görə, ABŞ-ın keçmiş administrasiyaları son anda erməni lobbisinin təsir və təzyiqindən qurtula,ədalətli yanaşmaya üstünlük verə bilmişdilər. İndiki administrasiya bunu edə bilmədi və ya etmək istəmədi.Bununla da adını Türk dünyasının böyük tarixinə ermənilərin sərsəm xülyasının müdafiəçisi kimi yazdırmış oldu.Bu ad və bu xidmət cənab Baydenə hansı siyasi dividendləri qazandıra biləcək,bunu zaman göstərər.Amma onun Türk dünyasının tarixində aldığı yerin etdiyi əmələ uyğun olacağı indidən bəllidir.Türk sevməyi və dostluq etməyi bacardığı qədər,əksini də edə bilir. Hansı münasibətlə üzləşirsə,qarşılığını verməyi bacarır.Tarix bunu sübut edib…
Peşəkar tarixçi və ekspertlər tərəfindən obyektiv şəkildə tədqiq olunmamış 106 il əvvəlki hadisələrə siyasi `yön verməklə cənab Bayden  Türk dünyasını məyus etdi,   etibarlı dost və müttəfiqliyi ədalətsiz məsələdə gərəksiz sınağa çəkdi. Bu, prezident Baydenin öz seçimidir,  xeyri də,ziyanı da şəxsinə aiddir. Amma siyasi maraqlar  tarixi ədalətdən üstün tutulursa, yaxud onlar qarşı-qarşıya qoyulursa və ya haqq-ədalətin dəyərləndirilməsi siyasi təzyiq müstəvisinə keçirilirsə, bunun ümumbəşəri dəyərlərə vura biləcəyi ziyanın miqyasını da Zaman mütləq göstərəcək.
Milli Məclisin deputatı                                                                   
Ülvi Quliyev
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki