image-2backend

UNICEF-in təşkilatçılığı ilə yeni layihəyə start verildi

image-reklam_sirab_01

Sentyabrın 30-dan UNICEF-in təşkilatçılığı ilə Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib. Layihə dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası çərçivəsində reallaşdırılır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a bildirilib ki, layihənin məqsədi uşaqların zorakılıqdan müdafiəsi, çətin həyat şəraitində olan uşaqların erkən aşkarlanması və müvafiq psixo-sosial dəstəyin təmin edilməsidir. Bu məqsədlə ilk mərhələdə məktəblərin pedaqoji heyətinə, sinif rəhbərlərinə, uşaqlara və valideynlərə müvafiq olaraq təlimlərin keçirilməsi və məlumatlandırılması nəzərdə tutulur.

Bu gün layihə çərçivəsində ilk olaraq Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlimlər keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki