image-3e8ad661-52c4-37a9-951c-9b482ccbc83b_850backend

Uqandada yol qəzasında 12 nəfər həlak olub

image-reklam_sirab_01

Uqandanın şərqində hərəkətdə olan yük maşınının aşması nəticəsində 12 nəfər ölüb.

bu barədə yerli polisə istinadən Sinxua agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yol qəzasında 6 nəfər xəsarət alıb. Ehtimal olunur ki, yük avtomobilinin aşmasına səbəb bataqlıq ərazidə yerləşən yolda çuxurların çox olmasıdır.

Qeyd edək ki, Uqandada hər il təxminən 20 000 yol qəzası qeydə alınır və nəticədə 2 000-dən çox insan ölür.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki