image-4678ee6e-0078-310c-a077-f2db85d0af82_850backend

ÜST: “Bir həftədə dünyada koronavirusa yoluxanların sayı 12% azalıb”

image-reklam_sirab_01

Son bir həftə ərzində dünyada təxminən 4,2 milyon insan koronavirusa yoluxub, 13 mindən çox pasiyent dünyasını dəyişib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, yoluxanların sayı əvvəlki yeddi günlə müqayisədə 12%, ölənlərin sayı isə 5% azalıb.

Son yeddi gün ərzində ÜST-ə 4 199 352 nəfərin infeksiyaya yoluxması və 13 716 pasiyentin ölüm faktı barədə məlumat daxil olub.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki