image-31backend

ÜST: “İl ərzində 1 milyondan çox vaxtından əvvəl doğulan körpə ölür”

image-reklam_sirab_01

“Dünyada bu gün üçün vaxtından əvvəl doğulan təxminən 3 000-dən çox körpə dünyasını dəyişəcək. Bu, bir günün statistikasıdır, ildə isə 1 milyondan çox körpə deməkdir”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi bildirib ki, ölməyib sağ qalan həmin körpələrin böyük qismi həyatları boyunca görmə, eşitmə və danışıq problemi yaşacaq: “Bütün bu hallar çox kədərli haldır. Halbuki həmin körpələrin həyatları ucuz başa gələn tibbi müdaxilərlə qurtarıla bilər. Bu istiqamətdə məlumatlılıq artırılmalıdır”.

“Məndə də vaxtından əvvəl doğulan iki uşaq anasıyam. Əgər bu sahədəki tədbirlərdən xəbərsiz olsaydım bəlkə də övladlarım yaşamayacaqdı. Vaxtından əvvəl doğulan körpələrin ağciyərlərini açmaq üçün dərman ökədə 1 dollardan ucuzdur. Lakin bir çox ölkədə həmin dərman tapılmır” – H.Harmancı deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image