“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindənÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə kişilər arasındaİİV üzrə aparılmış tədqiqatın nəticələrinə dair mətbuat konfransıkeçirilib.
Tədbirdə tədqiqat çərçivəsində görülən işlər, 1000-dən çoxşəxsin testlə əhatə olunması, aşkarlanmış İİV halları və həminşəxslərin tibbi xidmətlərə yönləndirilməsi barədə məlumatverilib.
Həmçinin İİV statusu təsdiqlənmiş şəxslərin Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yönləndirilməsi və ARV terapiyasınaçıxışının təmin olunması ilə bağlı nəticələr təqdim edilib.
Mətbuat konfransında tədqiqatın əsas nəticələri və İİV-in profilaktikasının gücləndirilməsi üçün gələcək fəaliyyətistiqamətləri müzakirə olunub.


























