image-13backend

ÜST-ün Azərbaycandakı nümayəndəsi: “Əslində normal həyata dönmüşük”

image-reklam_sirab_01

“Azərbaycan koronavirus infeksiyasına qarşı tədbirlərini çox sürətlə aparan ölkələrdən biridir. 2020-ci il fevralın 19-da Azərbaycanda ilk COVID-19 faktı aşkarlandı və bir il sonra vaksin icad ediləndən dərhal sonra bütün ölkə üzrə vaksinasiya prosesinə başlanıldı”.

Vətəninfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hər hansı dövlətin bu istiqamətdə dərhal hərəkətə keçməsi təqdirəlayiq haldır: “Çünki yeni xəstəxanaların yaradılması, laboratoriyaalrının sayının çoxaldılması və digər addımlar normal vaxtda belə sürətlə həyata keçirilən proses deyildi. Əgər, bu, pandemiya dövrünə təsadüf edirdisə, əldə edilən nəticəni müsbət qiymətləndiririk”.

“Azərbaycan əhalisi həm vaksini tez qəbul etdi, həm də qoruyucu tədbirlərə əməl etdi. Bugünkü yoluxma sayınının son bir aya yaxındır eyni rəqəmlərdə qalması vacibdir. Təbii ki, bunun davamlı olması mütləqdir. Əslində, demək olar ki, normal həyata dönmüşük, sadəcə sosial məsafəni qorumalı, qapalı məkanlarda maska taxmalı, əl gigiyenasına diqqət etməliyik”, – ÜST rəsmisi əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image