image-26backend

Vaksin olunmağın əhəmiyyətli tərəfləri.

image-reklam_sirab_01

Günümüzün aktual probleminə çevrilən koronovirusa qarşı profilaktik tədbirlər davamlı olaraq davam etməkdədir. Ancaq, nəinki sağlamlıq tədbirləri görülməli, həmçinin insanlar öz sağlamlıqlarını özləri düzgün şəkildə qorumalıdırlar. Bunun üçün ən əhəmiyyətli vasitə Vaksin olunmadır. Bəzi, insanlar əks təsir göstərişləri olar deyib bundan yayınırlar. Ancaq, bu tədbirlər məhz insanların həyat fəaliyyətinin rahatlaşdırılması üçündür. Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir.

Əks təsir edər deyib gözardı baxdığımız həmin peyvənd immun sistemin antigeni kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna  gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. İstər ictimai yerlərdə, istər iaşə obyektlərində daşıyıcı insan gördükdə, eləcədə əlamətləri aşkar olunan insanlar olduqda həmin ərazidən uzaqlaşmağınız məsləhətlidir. Və ya əgər tibbi maskadan istifadə etmirsinizsə mütləq olaraq istifadə edin. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir.

Ən böyük problemimiz isə, “Açıq havada maska ləğv olunub, necə istəyirik edərik” deyən həmin insanlardı. Açıq hava dediyiniz həmin oksigen toplumunda minlərlə insanlar hərəkət edir. Biz yalnız sizin sağlamlığınız üçün çalışır və sizlərə bunun qaçılmaz bir yol olduğunu bildiririk.

Vaksinasiya prosesinin 2 mərhələli olduğunu hər birimiz bilirik. Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası da artıq hazırdı.

Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir.  Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinə qarşı olan xəstəlikləri olan şəxslər üçün vaksinasiya prosesinin güzəştli olması aydındır.  Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image