image-960915backend

Vəfadan Rəqsanəyə:“Hər kəs güzgüdə özünə, keçmişinə baxsın”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, müğənni Vəfa Şərifova “lent.az”a açıqlamasında həmkarı Şəbnəm Tovuzlu ilə qalmaqalından bəhs edib.

Şerg.az xəbər verir ki, ifaçı öncə qarşı tərəfin onun haqda danışdığını söyləyib:
“Sonra mən cavab verdim. Həmişə fikirləşmişəm ki, günahın yoxdursa, danışmalısan. Belə deyilmiş. Bizim cameədə  kimin ətrafında tanışı çoxdursa, o adam düz olur.  Haqlı olduğun halda belə səhv çıxa bilirsən”.

İfaçı həmçinin digər müğənni -Rəqsanə İsmayılovanın bu mövzu ilə bağlı fikir bildirməsindən və ona məsləhət verməsindən də danışıb:

“Tövsiyə veriləsi insanlar çoxdur. Öz səhvlərini görməyən, yanlışlarını davam etdirən  şəxslər var. İnsan yaş üstə yaş gəldikcə təcrübə qazanır.

Heç vaxt “heç vaxt” demək olmaz. Bəlkə də, nə vaxtsa mən də səhv edərəm, başım daşa dəyər. Bəziləri isə o səhvləri təkrarlayırlar.

 

Mən məsləhətə qulaq asan insan deyiləm. Hamını eşidərəm. Məsələn, bir mahnı alıram, necə olduğunu soruşuram. Öz tövsiyələrini çatdırırlar, lakin istədiyimi edirəm. Hər kəs güzgüdə özünə, keçmişinə baxsın.

Şou-biznesdə tanınmaq üçün siyasət işlətmirəm. Kənarda necəyəmsə, burda da eləyəm. Aram olmayan insanla ya heç danışmaram, ya da fikir bildirərəm.  Çox müğənni olduğu kimi deyil deyə sevilmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image