image-memmedov-etibar-saday-tatli-kendi-25-12-21-6backend

Vətən müharibəsi şəhidimiz Etibar Saday oğlu Məmmədovun xatirəsinə inşa olunmuş bulaq- abidə kompleksinin açılışı olub

image-reklam_sirab_01

Yaradullu kəndindən olan Vətən müharibəsi şəhidimiz Etibar Saday oğlu Məmmədovun xatirəsinə inşa olunmuş bulaq- abidə kompleksinin açılışı olub və ailəsi doğma evində ziyarət olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin ailə üzvləri və döyüş yoldaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidə kompleksinin önünə əklillər qoyulub və tər qərənfillər düzülüb. Tədbir iştirakçıları şəhidimizin əziz xatirəsini ehtiramla anaraq onun keçdiyi şərəfli həyat və döyüş yolundan, döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsindən söz açıblar.
Saday Məmmədov 24.07.1994-cü ildə Yaradullu kəndində anadan olub.
O, işğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Tank bölmələrinin tuşlayıcı-operatoru olan Etibar Füzuli uğrunda gedən şiddətli döyüşlərdə sücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki