image-1backend

Vətən Müharibəsinin 20-ci günü: 16 oktyabrda nələr baş verdi?

image-reklam_sirab_01
16 oktyabr 2020-ci il. Əvvəlki günlərdə olduğu kimi, döyüşlərin bu günü də Ermənistan ordusunun yaşayış məskənlərimizi hədəf seçməsi ilə yadda qaldı. Cəbhədə müqavimətini itirən, canlı qüvvəsi və texnikası məhv edilən düşmən getdikcə quduzlaşır, daha çox dağıntı və qırğın törətməyə cəhd edirdi.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoydu. Həmçinin Ermənistan ordusu işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirdi. Lakin, xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədi.
Ordumuz isə cəbhədə düşməni məhv etməyə davam edirdi. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 Şilka özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edildi.
Təxribatçı Ermənistan ordusu isə Gəncə şəhərini növbəti dəfə atəşə məruz qoydu.
16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etdi. 27 il dən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanıldı.
image-1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki