image-57dd8050-3ed0-4d25-8ebf-a193c1b4927fbackend

VI Zirvə Toplantısı  – əməkdaşlığın yeni səhifəsi

image-reklam_sirab_01

VI Zirvə Toplantısı  – əməkdaşlığın yeni səhifəsi

 

44 günlük Vətən müharibəsi ilə öz ərazisinin işğalına və Ermənistanın işğalçı siyasətinə son qoyan, kapitulyasiya aktı imzalatdıran Azərbaycan hərbi qələbəsini diplomatik qələbəyə və siyasi kapitala çevirməyə uğurla davam edir. 29 iyun 2022-ci il tarixində Aşqabadda Prezident İlham Əliyevin qatıldığı Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı növbəti mühüm və yadda qalan hadisə sayıla bilər.

Dövlət başçımız toplantıdakı çıxışında qeyd etmişdir ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Prezident İlham Əliyev Aşqabaddakı çıxışında həmçinin Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin aparılması barədə toplantıda  iştirakçılarının diqqətinə çatdırmışdır.

Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.

 

Aynur Xəlilova – publisist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki