image-57backend

Vike-Freyberqa: “Bakı Forumu ən aktual məsələləri müzakirə etməyə imkan verir”

image-reklam_sirab_01

“Bakı Qlobal Forumu dünyanın gündəmində duran ən aktual məsələləri müzakirə etməyə imkan verir”.

Veteninfo.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa VIII Qlobal Bakı Forumunun açılışında bildirib.

O, 40 ölkədən olan qonaqların iştirakı ilə baş tutan bu tədbirin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Vayra Vike-Freyberqa bəşəriyyət üçün çağırış olan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu baxımdan forumdakı müzakirələr xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu işə başlayıb.

Forumda 40-dan çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər, ictimai xadimlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak edirlər.

Noyabrın 6-dək davam edəcək forum çərçivəsində müxtəlif mövzulara aid 11 panel müzakirəsi aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki