image-4bf51498-878c-4e84-ad4d-86c9e99884cebackend

Vitse-spiker Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib

image-reklam_sirab_01

 

 

Sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının  Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib.

İclası giriş sözü ilə açan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev toplantı iştirakçılarını salamlayaraq komissiyanın işinə uğurlar arzulayıb. Təhlükəsizlik, sərhədlərin toxunulmazlığı məsələsinin vacibliyinə toxunan sədr müavini, dövlətlərin sülh içində birgə yaşamalı olduğunu, bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının zəruriliyini diqqətə çatdırıb. Ölkələrarası münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməli olduğunu qeyd edən vitse-spiker daha sonra hazırlanan qanun layihələri və gündəlik barədə geniş məlumat verib.

Sonra “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.

İclasda Adil Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.

MDB PA-nın iclaslarında Milli Məclisin deputatı Arzu Nağıyev də iştirak edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki