image-e1468371-6539-3fe3-b72f-2fe557c0806a_850backend

Vuçiç: “Serbiya regionda hərbi əməliyyat keçirməyi planlaşdırmır”

image-reklam_sirab_01

Serbiya, müxtəlif KİV-lərin proqnozlarının əksinə olaraq, münaqişə yaratmaq məqsədilə Kosovonun inzibati sərhədini keçməyib və regionda hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırmır.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Serbiya prezidenti Alban mətbuatının serb ordusunun beynəlxalq hüququ pozaraq Kosovonun inzibati sərhəddini keçməsi ilə bağlı xəbərləri ilə bağlı sualı cavablandırarkən bunun doğru olmadığını vurğulayıb:

“Hər şey kimi bu barədə də yalan danışdılar. 180 gün yalan danışdılar ki, rayonda kiməsə hücum edəcəyik. Bütün bu yalanlara görə heç kim üzr istəmədi, baxmayaraq ki, bu olmayıb və olmayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki