image-2aebbcc5-03d4-47da-8d63-97efa0f6325f_850backend

Vuçiç: “Serbiya Ukrayna ətrafında yaranmış vəziyyətdən ciddi təsirlənib”

image-reklam_sirab_01

“Serbiya Ukrayna ətrafında yaranmış vəziyyətdən ciddi təsirlənib, lakin Belqrad hələ də Moskvaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil”.

bunu Serbiya Prezidenti Aleksandr Vuçiç İsrailin “Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

Ukraynadakı vəziyyətdən danışan Serbiya lideri vurğulayıb ki, gələcəklə bağlı böyük proqnozlar verməkdən çəkinir: “Lakin indi orada baş verən hadisələr ölkəmizə çox təsir edir”.

Eyni zamanda o vurğulayıb ki, Ukrayna hadisələri fonunda Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinən Avropada nadir ölkələrdən biri olaraq qalan Serbiya hələ də sanksiyalar təzyiqinin məqsədəuyğunluğuna inanmır.

“Biz özümüz onilliklər ərzində sanksiyalara məruz qalmışıq və bundan ancaq sadə insanlar əziyyət çəkib. Biz sanksiyalara, sanksiya siyasətinə inanmırıq. Bu, İsrailin çətin mövqeyi kimi bir şeydir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki