image-3backend

Xalq artisti Ağadadaş Ağayev balta ilə klinikanın xadiməsinə xəsarət yetirib

image-reklam_sirab_01

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Məlumata görə, gün ərzində Xalq artisti ifadəsi alınması üçün polis orqanına dəvət olunacaq.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki