Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.
Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil
Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Azərbaycan prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir.
1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və həyata keçirilməsində fəal iştirak etmişdir. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, ölkəmizin dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
Azərbaycanda demokratik dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir.
İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, seçicilərinə qayğı göstərmişdir.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. İlham Əliyevin rəhbərliyi ilə idmançılarımızın qələbələri hər şeydən əvvəl, onun böyük siyasi qələbəsidir.
İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da müasir idman mərkəzlərinin
yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.
İlham Əliyev peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
İlham Əliyev 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
İlham Əliyev 2008-ci və 2013-cü illərdə xalqımızın böyük hissəsinin dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmişdir.
İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar
qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin
Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai – siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün oldu və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açdı.Ölkəmizin iqtisadi və geopolitik qüdrətinin artmasında əsası 1994 – cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının həlledici rolu və yeri var. Belə ki, son 16 ildə neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış (Bakı – Tbilisi – Ceyhan, Bakı – Supsa, Bakı – Novorossiysk neft və Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri) və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Dövlət Neft Fondunun
valyuta ehtiyatları dəfələrlə artmışdır. Bu vəsait həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir.Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmaq, yəni, ölkənin zəngin resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu istiqamətdə əsas hədəf Azərbaycanı xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməkdir.Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm faktorlardan biridir.Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tutur. Bu, müasir dövrümüzdə yerli özünüidarəetmə orqanlarının dünyanın aparıcı dövlətlərində qəbul olunmuş “paytaxtda və şəhərdəki istehsal və xidmətlər eyni keyfiyyətdə əyalətlərdə və kəndlərdə olmalıdır” prinsipinin ölkəmizdəki əyani formada inikasıdır. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) qəbul olunması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu və regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı. Əyalətdəki iş adamları bir sıra vergi güzəştləri və digər imtiyazlarla təmin edildilər. Görülən kompleks işlərin nəticəsində regionlarda infrastruktur təminatı və kommunal xidmətlər yaxşılaşdırıldı, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikildi, yollar salındı, yeni iş yerləri açıldı.
Azərbaycanın düzgün və tarazlaşdırılmış
xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir.Azərbaycan Respublikasının Prezidenti.İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanın bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makro-iqtisadi sabitlik
qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial-rifahı davamlı olaraq yaxşılaşdırılmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, eləcə də fevralın 8- də həmin proqrama Prezident fərmanı ilə edilmiş əlavə və dəyişikliklər, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.Keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya yeni vəzifələr qoyur. Prezidentin fərman və sərəncamlarında, təsdiq etdiyi dövlət proqramlarında, çıxışlarında növbəti illər üçün ölkənin inkişafının strateji istiqamətləri müəyyənləşdirilmişdir. Makro-iqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir. Eləcə də ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli təlbirlər davam etdiriləcək. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorlarının yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa
dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafının sürətləndirilməsi də bu məqsədlər sırasındadır. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edir.
Beləliklə, birmənalı qaydada qeyd etmək lazımdır ki, ötən dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı bəlağətsiz uğurlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının yeni modelinin nəticəsidir. Bu model Azərbaycanın qüdrətli və işıqlı gələcəyinin təminatçısıdır.Ümummilli lider
Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.Son altı ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
Xədicə Eyvazova YAP-ın üzvü


























