image-iqbal-memmedov-meclisdebackend

Xalqımız dünyaya dostluq-qardaşlığın, insanlığın nümunəsini göstərmiş oldu

image-reklam_sirab_01
“Dağıdıcı zəlzələdən ağır günlər yaşayan qardaşlarımıza 7-dən 77-yə qədər hər bir Azərbaycan vətəndaşının yardım etmək üçün səfərbər olması, yardım toplama məıntəqələrinin qarşısında müşahidə edilən izdiham bir daha dünyaya dostluq-qardaşlığın, insanlığın nümunəsini göstərmiş oldu”.
Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov vətəndaşlarımızın Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım aksiyasına qoşulmasına münasibət bildirərkən səsləndirib.

Millət vəkili qeyd edib ki, vətəndaşlarımızın axın-axın yardım toplama məntəqələrinə getməsi, əlindən gəldiyi qədər yardım göstərməsi insanı qürurlandırır, fərəhləndirir.

İqbal Məmmədov qardaş Türkiyədə dağıdıcı zəlzələnin baş verməsi barədə xəbər yayılan kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ilk zəng edən də dövlət başçısı cənab İlham Əliyev oldu:

“Həmçinin, cənab prezidentin tapşırığı ilə Azərbaycanın xilasedcilərindən ibarət qrup qardaş yardımına göndərildi. Eyni zamanda zəlzələdən zərər çəkənlərə humanitar yardımlar çatdırıldı”.

Millət vəkili onu da qeyd edib ki, bu günlərdə vətəndaşlarımızın atdığı addımlar, bacı və qardaşlarına yardım üçün əlindən gələni əsirgəməməsi ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamının əyani sübutidur:

“Həmçinin Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz” ifadəsinin real həyatda təsdiqidir. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün qardaş Türkiyəmiz kədər, acılar içindədir. Azərbaycan dövləti, xalqı olaraq qardaşlarımızın bu kədərinə şərik çıxır, onu aradan qaldırmaq üçün əlimizdən gəldiyi qədər yardımçı olmağa çalışırıq. Düzdür, faciənin miqyası, zərəri nə qədər böyük olsa da, ümid edirik ki, birgə çalışmağımız, qardaşın qardaşa dəstəyi, yardımı nəticəsində Türkiyə dövləti bu ağrılı-acılı günləri də geridə qoyacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki