image-photo-2022-06-12-15-11-53backend

Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı

image-reklam_sirab_01

Tarix yazmaq asan,tarixi yaratmaq isə olduqca mürəkkəb bir işdir.Tarix yaratmaq hər liderə nəsib olmur.Bunun üçün öz qətiyyətin ilə mənsub olduğun xalqı arxanca aparmaq ,sonunda qalib olmalısan.Məhz belə bir dahi şəxsiyyət məhz Azərbaycan xalqının taleyinə yazılan Heydər Əliyev oldu.Öz siyasi nüfuzu ilə dünya tarixində əbədi iz qoymuş bu şəxsiyyət qeyri- adi zəkası və fitri istedadı ilə Azərbaycanı dünyaya tanıtdı.
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə keçmiş SSRİ- də geridə qalmış respublikalardan biri sayılan Azərbaycanın siyasi və mədəni həyatında görünməmiş canlanma , böyük əhəmiyyətli inkişaf baş verdi.Məhz Heydər Əliyevin rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyinin möhkəm təməli qoyuldu, milli ruh,türkçülük məfkurəsi yüksəlməyə başladı.Lakin sonralar baş verən mühüm hadisələr ulu öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.Azərbaycan xalqının həyatında baş verən hadisələr , o cümlədən 20 Yanvar faciəsi dahi rəhbərin vətənə qayıtmasına səbəb oldu.O,vətənin ağır günlərində xalqa dayaq olaraq biganə qala bilmədi.Müstəqillik addımlarını yenicə atan ölkəmiz təhlükə qarşısında idi.Ölkədə müharibə gedirdi.Nicat yolu isə xalqı bu ağır vəziyyətdən,hərbi – siyasi böhrandan xilas edəcək bir liderin hakimiyyətə gəlməsində idi.1993 – cü il iyunun 15 , respublikanın ən ağır vəziyyətində hakimiyyətə gələn ulu öndər Heydər Əliyev çox çətin və ən şərəfli bir işi öhdəsinə götürdü.Cox az müddət ərzində hərc- mərclik və özbaşınalığa son qoyan Heydər Əliyevin sülh,insanpərvərlik kimi bəzi bəşəri amillər uğrunda nəcib fəaliyyəti ilə ölkədə keçirilən çoxsahəli islahatlara dəyərli töhfələr verən ulu öndər iqtisadi irəliləyişi təmin edərək Ordu quruculuğunun inkişaf etdirilməsində zəmin yaratdı.Bu,düşmən tərəfindən işğal olunan ata – baba torpaqlarımızın geri qaytarılmasında atılacaq ən vacib məsələ idi.Ən önəmlisi Xalq da ordunu öz parçası kimi qəbul etdi, orduya qayğı ümummilli dəyərə çevrildi.
Ümummilli liderin başladığı müqəddəs işləri şərəflə davam etdirən İlham Əliyev ikinci Qarabağ müharibəsində 44 gün ərzində məhz ulu öndərin vəsiyyətini həyətə keçirərək haqq savaşında haqq yolunda qalib oldu.

 

Mamedova Elnurə
Nəsimi rayonu 14 N-li tam orta məktəbin Ana dili və ədəbiyyat müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki